23:50 15 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
İdlib şəhəri

BMT xəbərdarlıq etdi – İnsanlıq dramı yaşana bilər

© REUTERS / Ammar Abdullah
DÜNYA
Qısa URL
62 0 0

Suriyanın Türkiyə ilə sərhəd bölgəsində hərbi əməliyyatın başlanması gözlənilir

BAKI, 29 avqust — Sputnik. Suriyanın Türkiyə ilə sərhəd bölgəsində hərbi əməliyyatın başlaması gözlənilərkən, BMT dünyanın diqqətini Suriyanın İdlib bölgəsinə çəkməyə çalışır.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin rəhbəri Con Ginq Təhlükəsizlik Şurasına İdlibdə artan gərginliyin daha əvvəl görülməmiş fövqəladə vəziyyət yarada və insanlıq dramı yaşana biləcəyi xəbərdarlığı edib.

Ginq, İdlibdə və Suriyanın şimal-qərbindəki üç əyalətdə keçirilən hava hücumları nəticəsində çoxlu sayda insan tələfatının olduğunu, bölgənin xarabalığa çevrildiyini və humanitar yardım təşkilatlarının əməkdaşlarına qarşı təzyiqin artdığını deyib.

Con Ginq Suriyanın şimal-qərbində, Türkiyə ilə sərhəd bölgələrdə mövcud fəaliyyətlərinə davam etdiklərini söyləyib. O, İdlibdə böhranın aradan qalxması üçün Təhlükəsizlik Şurasının müdaxiləsini həlledici hesab edib.

Teqlər:
insanlıq dramı, İdlib, BMT, Suriya

Əsas mövzular