Vaşinqtondan Ankaranı qıcıqlandıran daha bir təhlükəli addım

© REUTERS / Rodi SaidSuriyada ABŞ əsgərləri, arxiv şəkli
Suriyada ABŞ əsgərləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Havadan müdafiə sisteminin Türkiyənin Kobani və digər bölgələrə mümkün hava hücumlarına qarşı qurulduğu iddia olunur

BAKI, 28 avqust — Sputnik. PKK-nın Suriyadakı qolu PYD/YPG-nin nəzarətində olan Kobani və Haseke şəhərlərində yerləşən ABŞ-ın "Al Şadadi" hərbi bazasında havadan müdafiə və elektron radar sistemi quraşdırılıb. Sputnik Azərbaycan "Habertürk"ə istinadla xəbər verir ki, sistemin qurulması ilə bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Trampdan ilginc etiraf: "Branson üçün mübarizə aparırıq"

Görüntülərə əsasən, hərbi təyyarələr ilə Kobaniyə gətirilən radar sistemi ABŞ hərbçiləri tərəfindən qurulur. Bəzi xarici mətbuat orqanlarında da yer alan bu iddianı rəsmi Ankara yaxından izlədiyini bəyan edib.

Kadrlarda yer alan bir amerikalı hərbçi radar sisteminin qurulma səbəbini ABŞ-ın bölgədəki döyüş təyyarələrini izləmək istəməsi ilə izah edib. Həmin havadan müdafiə sisteminin Türkiyənin Kobani və digər bölgələrə mümkün hava hücumlarına qarşı qurulduğu iddiası da irəli sürülüb. ABŞ-ın radar sistemi ilə Menbiçdən Deyr-əz-Zora qədər uçuşa qadağan bölgə yaratmaq istədiyi iddia edilir.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Suriyanın şimalında inşa etdiyi çoxsaylı hərbi bazasının arasına bu il Menbiçdə qurduğu yeni bazasını da əlavə edib. ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın nümayəndəsi Uilyam Roebuck "İŞİD bəlası bitənədək Suriyada qalmağa davam edəcəyik" açıqlamasını verib.

Xəbər lenti
0