İyirmi il öncə öldürülən uşağın qatili tapıldı

© AFP 2023 / MICHIEL VAN BEERS / ANPHolland polisi, arxiv şəkli
Holland polisi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Son 6 ayda 15 min kişinin könüllü olaraq qatıldığı DNT testi nəticələrinə uyğun olaraq, polis şübhəlini müəyyən edə bilib

BAKI, 28 avqust — Sputnik. 20 il öncə Hollandiyada öldürülmüş 11 yaşlı oğlanın qatili tapılıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, uşağın qatili olan 55 yaşlı Coş Breç DNT analizi nəticəsində aşkarlanıb və İspaniyada həbs edilib.

© Photo : Niderland Polisi / BBC NewsNikki Verstappen
Nikki Verstappen - Sputnik Azərbaycan
Nikki Verstappen

Məlumata görə, Nikki Verstappen adlı uşaq 1998-ci ilin avqustun 10 da yay düşərgəsində itkin düşüb və bir gün sonra meyiti tapılıb. Həmin il çox adamın ifadəsi alınsa da, uşağın qatili illərlə tapılmayıb. Son 6 ayda 15 min kişinin könüllü olaraq qatıldığı DNT testi nəticələrinə uyğun olaraq, polis şübhəlini müəyyən edə bilib.

Əslində DNT nümunəsini Çoş deyil, ailəsi təqdim edib. Polisə görə, Çoş Breç hadisədən bir neçə saat öncə uşağın yanında olub.

© Photo : POLICIA NACIONAL / BBCÇoş Breçin həbsi
Çoş Breçin həbsi - Sputnik Azərbaycan
Çoş Breçin həbsi

Cinayətin baş verdiyi dövrdə Coş uşaq bağçasında müəllim işləyirmiş.

Daha sonra Avropa ölkələrinə səfər edən Coş keçən il Fransaya köçüb.

Polisdən bildiriblər ki, Coşun adı bundan əvvəl də 1985-ci ildə cinsi zəmində törədilmiş cinayətdə hallansa da, dəlil yetərsizliyindən onun haqqında cinayət işi açılmayıb.

Coş Breçin cinayətin işləndiyi günlərdə yay düşərgəsi yaxınlığında olub, Limburq polisi tərəfindən iki dəfə ifadəsi alınıb, dəlil tapılmadığı üçün azad buraxılıb.

Xəbər lenti
0