Suriyada vəziyyət gərginləşir, Rusiya və ABŞ döyüş hazırlığı vəziyyəti aldılar

© AFP 2023 / OMAR HAJ KADOURSuriyada dağıntılar, arxiv şəkli
Suriyada dağıntılar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Tərəflər bir-birini ittiham etməkdə davam edirlər

BAKI, 27 avqust — Sputnik. Rusiya Müdafiə Nazirliyi, Yaxın Şərqdə hücum gücünü artıran ABŞ-ın Suriyadakı rejim qüvvələrinə hücuma hazırlaşdığını açıqlayıb.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi ABŞ döyüş gəmisinin 28 qanadlı “Tomoqavk” raketilə Aralıq dənizinə girdiyini bildirib.

ABŞ isə Əsəd rejiminin kimyəvi hücum hazırlığında olduğunu bildirir. Onların fikrincə, bu cür hücumlar qırmızı xətti keçmək deməkdir.

ABŞ və Rusiya döyüş gəmilərini hazır vəziyyətə gətirib.

Qeyd edək ki, bundan öncə ABŞ, Fransa və Böyük Britaniya müxaliflərə qarşı kimyəvi silah istifadə edən Bəşər Əsədə aid hərbi obyektlərə iki dəfə hücum təşkil edib. Aralıq dənizi, Qırmızı dəniz və Fars körfəzindəki döyüş gəmilərindən isə Suriyaya raketlər atılıb.

Xəbər lenti
0