16:41 11 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9326
Dəməşq şəhəri

Suriyaya dair mühüm anlaşma əldə olunub

© AP Photo / Hassan Ammar
DÜNYA
Qısa URL
49 0 0

Əmi Hatəmi suriyalı həmkarı Əli Abdallah Əyyub ilə qarşılqlı hərbi və texniki əməkdaşlıq razılığı imzalayıb

BAKI, 27 avqust — Sputnik. İran və Suriya hərbi əməkdaşlıq barədə saziş imzalayıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, İranın müdafiə naziri Əmi Hatəmi suriyalı həmkarı Əli Abdallah Əyyub ilə qarşılqlı hərbi və texniki əməkdaşlıq razılığı imzalayıb.

Qeyd edək ki, Hatəmi bazar günü Suriyada ikigünlük səfərdə olub. O bildirib ki, Suriyaya səfərinin əsas məqsədi bu ölkənin bərpa edilməsi məsələsində əməkdaşlığı genişləndirməkdir.

Bazar günü mətbuat konfransından sonra Hatəmi qeyd edib ki, İran Suriyaya silahlı qüvvələrinin inkişaf etdirilməsində yardım edə bilər. Suriya müdafiə naziri isə öz növbəsində İrana dəstəyə görə təşəkkür edib.

Xatırladaq ki, Suriyada silahlı münaqişə 2011-ci ildən davam edir. 2017-ci ilin sonlarında Suriyada və İraqda İŞİD üzərində qələbə elan edilib.

Əlaqədar

Suriyada bağlanan düyün: Üçüncü dünya savaşı başlayıb, yoxsa başlayacaq?
Suriyanın taleyi Parisdə həll olunur
Yaxın Şərq yenə qarışdı: İsrail Suriya qırıcısını vurdu
ABŞ Suriyaya zərbələr endirdi: 30-dan çox ölü, onlarla yaralı
Rusiya öz qoşunlarını Suriyadan çıxarır
Teqlər:
hərbi əməkdaşlıq, İran, Suriya

Əsas mövzular