Xristian dünyasını qarışdıracaq məktub yayıldı

© REUTERS / Stefano RellandiniRoma Papası Fransisk, 10 sentyabr 2017-ci il
Roma Papası Fransisk, 10 sentyabr 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
"Papa Fransisk 3 iyun 2013-cü ildən bəri McCarrikin silsilə təcavüzlə məşğul olduğunu bilib, lakin bunu gizləyib"

BAKI, 27 avgust — Sputnik. Vatikanın Vaşinqtondakı sabiq səfiri, baş yepiskop Karlo Mariya Viqano ABŞ mətbuatı vasitəsilə Papa Fransiskə 11 səhifəlik açıq məktub ünvanlayıb. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, Viqano məktubunda Papanı istefa etməyə səsləyib.

O, məktubda bildirib ki, Roma Papası uşaq istismarında günahlandırıldığı üçün, keçən ay Kardinal Teodora McCarrick istefa verib: "Papa Fransisk 3 iyun 2013-cü ildən bəri McCarrikin silsilə təcavüzlə məşğul olduğunu bilib, lakin bunu gizləyib".

Viqano, eyni zamanda katolik kilsəsi içində "homoseksual şəbəkə" olduğunu dair də ağır ittiham irəli sürüb.

Xəbər lenti
0