15:17 17 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9230
Almaniya və türkiyə bayraqları

Avropada Türkiyə ilə bağlı narahatlıqlar artır

© AFP 2018 / ODD ANDERSEN
DÜNYA
Qısa URL
5163 0 0

Almaniya qəzeti: Alman banklarının Türkiyədəki fəaliyyətlərinə nəzarət artırılıb

BAKI, 27 avqust — Sputnik. Almaniyanın Maliyyə Xidmətləri Nəzarət Şurası (BaFin) bəzi alman banklarının Türkiyədəki fəaliyyətləri üzərindəki nəzarətini artırıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu məlumatı Almaniyanın "Börsen Zeitung" qəzeti yayıb.

Məlumata görə, bu bankların Türkiyədəki fəaliyyətləri ilə bağlı Almaniyanın orqanlarına daha nizamlı olaraq, yəni həftədə bir neçə dəfə məlumat verməsi tələb olunub. Bu bankların kiçik və orta banklar olduğu qeyd olunur.

Əlavə edilir ki, BaFin nəzarət altındakı banklardan hansısa birinin təhlükədə olmadığı qənaətindədir. Ancaq BaFin-dən məsələyə dair rəsmi bir açıqlama gəlməyib.

Türk lirəsinin ilin əvvəlindən bəri dollar və avro qarşısında dəyər itirməsi və Türkiyə şirkətlərinin xarici banklara olan borcları Avropa banklarına qarşı risklərlə bağlı narahatlıqlara yol açmışdı.

Əlaqədar

Ekspert: “Türkiyənin ABŞ-a qarşı sanksiyalarının effektli olacağına inanmıram”
BMT-dən İran, Rusiya və Türkiyəyə xüsusi dəvət gəldi
Türk təyyarələri PKK anbarını yerlə bir etdi
Türkiyəni qızdıracaq daha bir addım atıldı
Vəlizadə: “Hazırki şəraitdə Türkiyə və İran yaxınlaşması qaçılmazdır”
Teqlər:
BaFin, nəzarət, maliyyə, Türkiyə, Almaniya, bank

Əsas mövzular