Rusiya Mərkəzi Bankının binasında yanğın olub

Abunə olmaq
Hadisə yerinə 92 nəfərdən ibarət 26 yanğınsöndürmə briqadası göndərilib

BAKI, 24 avqust — Sputnik. Bu gün axşam saatlarında Rusiya Mərkəzi Bankının Moskvanın Neqlinnaya küçəsində yerləşən inzibati binasında yanğın baş verib.

Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə Baş İdarəsinin nümayəndəsi bildirib.

Yanğın binanın 4-cü mərtəbəsində qeydə alınıb. Hadisə yerinə 92 nəfərdən ibarət 26 yanğınsöndürmə briqadası göndərilib. Alov 30 kvadratmetri əhatə edib. Yanğın söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb.

 

Xəbər lenti
0