10:55 21 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9340
Moskva Mərkəzi Bankının binasında yanğın

Rusiya Mərkəzi Bankının binasında yanğın olub

© Foto: VK / Москва с огоньком | Новости Москвы
DÜNYA
Qısa URL
80 0 0

Hadisə yerinə 92 nəfərdən ibarət 26 yanğınsöndürmə briqadası göndərilib

BAKI, 24 avqust — Sputnik. Bu gün axşam saatlarında Rusiya Mərkəzi Bankının Moskvanın Neqlinnaya küçəsində yerləşən inzibati binasında yanğın baş verib.

Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə Baş İdarəsinin nümayəndəsi bildirib.

Yanğın binanın 4-cü mərtəbəsində qeydə alınıb. Hadisə yerinə 92 nəfərdən ibarət 26 yanğınsöndürmə briqadası göndərilib. Alov 30 kvadratmetri əhatə edib. Yanğın söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb.

 

Teqlər:
yanğınsöndürmə briqadası, Rusiya Mərkəzi Bankı, Fövqəladə Hallar Nazirliyi, yanğın

Əsas mövzular