Pakistan və ABŞ arasında qalmaqal – Vaşinqton saxtakarlıq edib

© AFP 2023 / Paul J. RichardsDövlət Departamenti
Dövlət Departamenti - Sputnik Azərbaycan
Abunə olmaq
Pakistan Xarici İşlər Nazirliyinin rəsmisi amerikalı həmkarını təkzib edib

BAKI, 24 avqust — Sputnik. Rəsmi İslamabad Vaşinqtondan Dövlət Departamentinin baş katib Mayk Pompeo və Pakistan baş naziri İmran Xan arasında baş tutan telefon danışığına dair məlumatın "dərhal dəyişdirilməsini" tələb edib.

Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyinin rəsmisi Məhəmməd Feysal bəyan edib ki, tərəflərin İslam Respublikası ərazisində terrorçuların olmasına dair məsələni müzakirə etməsinə dair məlumat həqiqəti əks etdirmir.

​Qeyd edək ki, ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert yazılı açıqlamasında bildirib ki, Pompeo cümə axşamı digər məsələlərlə yanaşı Pakistanın yeni hökumətinin rəhbəri İmran Xanla görüşdə ölkə ərazisində fəaliyyət göstərən terrorçulara qarşı qətiyyətli tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

"Pakistan, baş nazirin dövlət katibi Pampeo ilə telefon danışığına dair Dövlət Departamentinin yaydığı məlumatla razılaşmır. Telefon danışığı zamanı Pakistanda fəaliyyət göstərən terrorçular barədə heç bir xatırlatma getməyib. Bu barədə məlumat dərhal dəyişdirilməlidir" – deyə Feysal öz "Twitter" hesabında bildirib.

Xəbər lenti
0