Poroşenko fenomeni: Prezidentin çıxışı zamanı əsgərlər yıxılırlar – VİDEO

© AFP 2023 / Genya SAVILOVUkraynada prezidenti Pyotr Poroşenkonun müstəqillik gününə həsr edilmiş hərbi paradda çıxışı
Ukraynada prezidenti Pyotr Poroşenkonun müstəqillik gününə həsr edilmiş hərbi paradda çıxışı - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd edək ki, 2014-cü ilin iyunun 7-də Poroşenkonun andiçmə mərasimin zamanı da analoji hadisə yaşanmışdı

BAKI, 24 avqust — Sputnik. Ukraynada prezidenti Pyotr Poroşenkonun müstəqillik gününə həsr edilmiş hərbi paradda çıxışı zamanı insident yaşanıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, prezidentin çıxışı zamanı fəxri qarovulda duran əsgər huşunu itirib. Onu dövlət başçısının şəxsi mühafizəçiləri ərazidən uzaqlaşdırıblar. 

Daha sonra məlum olub ki, Poroşenkonun çıxışı zamanı daha bir əsgər də huşunu itirərək yerə yıxılıb. Həmkarları tibbi yardım göstərilməsi üçün onu kütlənin arasından çıxarıblar.

Qeyd edək ki, 2014-cü ilin iyunun 7-də Poroşenkonun andiçmə mərasimin zamanı da analoji hadisə yaşanmışdı. Prezident fəxri qarovulun qarşısından keçən zaman əsgər huşunu itirərək yerə yıxılmışdı.

Xəbər lenti
0