BMT-dən İran, Rusiya və Türkiyəyə xüsusi dəvət gəldi

© AFP 2023 / THIERRY ROGE / BELGABirləşmiş Millətlər Təşkilatının Suriya üzrə xüsusi nümayəndəsi Staffan De Mistura
Birləşmiş Millətlər Təşkilatının Suriya üzrə xüsusi nümayəndəsi Staffan De Mistura - Sputnik Azərbaycan
Abunə olmaq
BMT sözçüsü tərəfindən verilən açıqlamada üç ölkədən gələcək nümayəndələrin Suriyanın konstitusiyasını müzakirə edəcəyi bildirilib

BAKI, 24 avqust — Sputnik. Birləşmiş Millətlər Təşkilatının Suriya üzrə xüsusi nümayəndəsi Steffan De Mistura İran, Rusiya və Türkiyəni Cenevrəyə dəvət edib.

Sputnik Azərbaycan "Sözcü"yə istinadla xəbər verir ki, BMT sözçüsü tərəfindən verilən açıqlamada üç ölkədən gələcək nümayəndələrin Suriyanın konstitusiyasını müzakirə edəcəyi bildirilib.

Açıqlamada İsveçrənin Cenevrə şəhərində baş tutacaq zirvənin sentyabrın 11-12-də keçiriləcəyi vurğulanıb. Zirvədə Suriyada yeni konstitusiya üçün yaradılması planlaşdırılan komitə haqqında qərar veriləcəyi gözlənilir.

Bu zirvənin ardından Birləşmiş Millətlər Təşkilatı ABŞ-ın da daxil olacağı paralel bir tədbir keçirməyi planlaşdırır.

Xəbər lenti
0