Moskvada polisə atəş açanı belə vurublar

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidАвтомобили полиции и скорой медицинской помощи на улице Москвы
Автомобили полиции и скорой медицинской помощи на улице Москвы - Sputnik Azərbaycan
Abunə olmaq
Polisin açdığı atəş nəticəsində hücum edən şəxs yaralanaraq yerə yıxılır

BAKI, 24 avqust — Sputnik. Rusiya İstintaq Komitəsi "Youtube" kanalında Moskvada baş verən hadisənin yeni videosunu yayımlayıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, videoda naməlum şəxsin yol ilə keçən iki polisə hücum etdiyi əks olunub. Kadrlardan görünür ki, yolu keçən şəxs anidən yol kənarı ilə hərəkət edən Daxili İşlər Nazirliyi əməkdaşlarına atəş açır.

Daha sonra onlar arasında atışma başlayır. Polisin açdığı atəş nəticəsində hücum edən şəxs yaralanaraq yerə yıxılır.

Nəticədə yaralı xəstəxanada dünyasını dəyişib. Onun 31 yaşlı Kabarda-Balkar Respublikasının vətəndaşı Renat Kunaşyev olduğu müəyyən edilib. İlkin versiyaya görə, o, heç bir ekstremist təşkilata üzv olmayıb.

Məlumata görə, hücum edən şəxsin silahla davranış təcrübəsi olmayıb. O, atışma zamanı 10-a yaxın atəş açsa da, onlardan cəmi biri polis əməkdaşına dəyib. Polis əməkdaşı ayağından yaralanıb.

Xəbər lenti
0