22:24 17 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
ABŞ bayrağı

Tarix bilindi: Dünya həmin gündən sonra daha fərqli olacaq

© Sputnik / Maksim Blinov
DÜNYA
Qısa URL
12184 0 0

Avqustun 8-i ABŞ Solsberidə kimyəvi silah istifadə etməsi iddiası ilə bağlı Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunacağını elan edib

BAKI, 24 avqust — Sputnik. "Skripal işi üzrə" Rusiyaya qarşı yeni sanksiyalar avqustun 27-si rəsmi Federal Registrdə (ABŞ hökumətinin rəsmi qəzeti) dərc olunduqdan sonra qüvvəyə minəcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu "RİA Novosti"yə açıqlamasında ABŞ Dövlət Departamentinin rəsmisi bildirib.

"Qanun tərəfindən müəyyənləşdirilən xəbərdarlıq müddəti avqustun 22-si bitib. Biz sanksiyaları qüvvəyə mindirən xəbərdarlıq sənədini federal registrdə imzalamışıq. Biz bu sənədin avqustun 27-də dərc olunacağını gözləyirik" – deyə Departament rəsmisi vurğulayıb.

Qeyd edək ki, avqustun 8-i ABŞ Solsberidə kimyəvi silah istifadə etməsi iddiası ilə bağlı Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunacağını elan edib. Sanksiyaların ilkin paketi Rusiyaya ikili təyinata malik məhsulların satışını qadağan edir. İkinci daha sərt sanksiyalar paketi isə noyabrda tətbiq oluna bilər. Bu sanksiyalar isə Rusiyadan olan hüquqi şəxslərin kredit cəlb etməsini, məhsulların idxal və ixracını, həmçinin ölkələr arasında diplomatik əlaqələrin səviyyəsinin aşağı salınmasını nəzərdə tutur.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Solsberi insidenti ilə bağlı yeni Rusiya əleyhinə sanksiyaların tətbiqinin qanunsuz və qəbuledilməz olduğunu bildirib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova isə yeni sanksiyaları üçün bəhanəni uydurulmuş adlandırıb və Moskvanın bu sanksiyalara adekvat cavab verəcəyini qeyd edib.

Ekspertlər qeyd edirlər ki, ABŞ-ın yeni sanksiyaları əvvəlkilərdən daha ciddidir və onların tətbiqindən sonra iki ölkə arasında, tamamilə yeni bir proses başlaya bilər.

Xatırladaq ki, bu ilin martında Böyük Britaniyanın Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq zabiti Sergey Skripal və onun qızı zəhərlənib və bu böyük beynəlxalq qalmaqala səbəb olur. Rəsmi London bu insidentdə Rusiya hökumətinin əli olduğunu bəyan edib, rəsmi Moskva isə bunu qəti şəkildə inkar edib.

Rusiya tərəfi dəfələrlə araşdırmaya və zərər çəkən vətəndaşlarla çıxış əldə etməyə tələb edib. Britaniya hökuməti rəsmi Moskvanın bütün bu sorğularını rədd edib.

Aprelin ortalarında Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq zabitinin qızı, mayın ortasında isə özü xəstəxananı tərk edib.

Əlaqədar

ABŞ-dan Rusiyaya qarşı yeni sanksiya ilə bağlı açıqlama
Münasibətlər daha da pisləşə bilər: Rusiyaya qarşı yeni sanksiya hazırlanır
Rusiyaya qarşı sanksiyalar mənasızıdır – Baş nazir
Rusiyaya qarşı sanksiyalar bir şərtlə ləğv edilə bilər
Rusiyaya qarşı sanksiyalar azərbaycanlılara da problemlər yarada bilər
Teqlər:
Skripal işi, sanksiya, ABŞ Dövlət Departamenti, Rusiya

Əsas mövzular