ABŞ sədləri aşdı, bütün dünyanı hədələdi

© Sputnik / Mikhail Mokrushin / Mediabanka keçidS-400 Air Defense Systems
S-400 Air Defense Systems - Sputnik Azərbaycan
Abunə olmaq
O, həmçinin Türkiyəyə S-400 raketlərinin vaxtından əvvəl çatdırılmasına görə də narahat olduğunu bildirib

BAKI, 24 avqust — Sputnik. Birləşmiş Ştatlar Rusiyadan S-400 zenit raket kompleksləri alacaq bütün ölkələrə sanksiyalar tətbiq edə bilər.

Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert keçirdiyi ənənəvi brifinqdə bildirib.

"Biz bütün dünyada tərəfdaş və müttəfiqlərimizin S-400 zenit raket komplekslərini mümkün almasına qarşıyıq" – deyə Noyert bildirib.

Türkiyədən başqa S-400 alışına görə digər ölkələrə də sanksiya tətbiq oluna bilərmi sualını Nauert müsbət cavablandırıb.

O, həmçinin Türkiyəyə S-400a raketlərinin vaxtından əvvəl çatdırılmasına görə də narahat olduğunu bildirib: "Əgər bu belədirsə.., bu bizi narahat edəcək. Türkiyə kimi NATO üzrə müttəfiq S-400-dən istifadə edirsə, bu bizim siyasətimizə ziddir".

Xəbər lenti
0