Fəlakət yaxınlaşır: Dünya sürətlə istiləşir, buzlaqlar əriyir

© Sputnik / Valery Melnikov / Mediabanka keçidАрктическая экспедиция "Кара-зима 2015"
Арктическая экспедиция Кара-зима 2015 - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ hökümətinin keçən il yayımladığı məlumatında bu dəyişiklik "şimal qütbünün yeni norması" olaraq qeyd edilib

BAKI, 23 avqust — Sputnik. Şimal qütbünün ən qalın buzlaqları qırılmağa başlayıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, şimal yarımkürəsində iqlim dəyişikliyi ilə əlaqədar olaraq isti hava dalğaları və ilıq küləklər buzların qırılmasına səbəb olub. 

Alimlər tarixdə ilk dəfə Şimal qütbünün ən soyuq bölgəsində ola ən qalın və sərt buz kütlələrinin qırılmağa və əriməyə başladığını bildirilər. Fevral ayından bu günə qədər temperaturun artması avqustun əvvəllərində  buzların daha çox qırılmasına səbəb olub. 

İyul ayında Qrenlandiyanın İnnaarsuit kəndi nəhəng buz parçasının yaxınlaşması səbəbi ilə təxliyə edilmişdi.

Qeyd edə ki, şimal qütbündə 1,799 milyon kvadrat kilometr ərazi buz altındadır. Buzun ümumi həcmi 2,99 milyon kub kilometrdir. Ərazidə ən qalın buz təbəqəsi 3488 metr, təxmini orta qalınlıq isə 1673 metrdir.

Peyk görüntülərinin qeyd edilməyə başladığı 1970-ci ildən bu günə qədər buzların bu qədər nazikləşdiyi və hərəkət edərək sahildən bu qədər uzaqlaşdığı müşahidə edilməyib.

Danimarka Meteorologiya İnstitutundan Ruz Mottram Qrenlandiyanın  şimalındakı buzlaqların hamısında qırılma və parçalanma əlamətləri  müşahidə olunduğunu qeyd edib. 

Пресс-конференция на тему Долгосрочные и краткосрочные изменения климата и их влияние на Азербайджан - Sputnik Azərbaycan
Ekoloq: “Qlobal istiləşmə Azərbaycana mənfi təsir göstərməyəcək”

ABŞ Milli Qar və Buz Məlumat Mərkəzinin araşdırmaçısı Valt Meier isə bildirib ki, buzlaqların qalınlığı çoxdur və belə rahat hərəkət etməməlidirlər: "Ancaq keçən qış və bu gün küləklər buzları sahildən uzaqlaşdırır".

İqlim dəyişikliyi nəticəsində dünyada temperatur 1 dərəcə artıb, şimal qütbündə isə 2 dərəcə istiləşib.

Belə ki, temperaturun ən aşağı olduğu Alyaskada havanın istiliyi 1979-cu ildə qeyd edilən temperaturdan 5,5 dərəcə çoxdur.

NASA-nın məlumatına görə, okeanlar və atmosfer  isindikcə, buzlaqlar keçən 10 il ərzində 13 faiz nazikləşib.

ABŞ hökümətinin keçən il yayımladığı məlumatında bu dəyişiklik "şimal qütbünün yeni norması" olaraq qeyd edilib.

Xəbər lenti
0