Rusiya açıqladı: 86 min terrorçunu öldürdük - VİDEO

© Photo : RF Müdafiə Nazirliyi / Mediabanka keçidSuriyada Rusiya hərbçiləri, arxiv şəkli
Suriyada Rusiya hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Anti-terror əməliyyatları zamanı terror qruplarının 830 komandiri də zərərsizləşdirilib

BAKI, 22 avqust — Sputnik. Rusiyanın Suriyada həyata keçirdiyi anti-terror əməliyyatları zamanı 86000 min terrorçunu zərərsizləşdirib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, anti-terror əməliyyatları zamanı terror qruplarının 830 komandiri də zərərsizləşdirilib.

Rusiya Müdafiə Nazirliyi, həmçinin, yayımladığı məlumatda qeyd edib ki, 2015-ci ildə əməliyyatlar başlanan zamanı Suriya ərazisinin cəmi 8 faizi hökumət qüvvələrinin nəzarətində olub. Lakin Rusiya Hərbi Hava Qüvvələrinin keçirdiyi əməliyyatlardan sonra bu göstərici 96,5 faizə qədər yüksəlib.

 

Xəbər lenti
0