16:17 26 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
163 0 0

Azərbaycanlı barəsində artıq Şevçenkovskiy rayon məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib

BAKI, 22 avqust — Sputnik. Ukraynada 50-yə qədər qadını satmaqda ittiham olunan azərbaycanlı saxlanılıb.

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, Ukraynanın paytaxtı Kiyev şəhər Şevçenkovskiy rayon polisi ilə Xerson şəhər polisinin birgə əməliyyatı nəticəsində azərbaycanlı, 1970-ci il təvəllüdlü Həsənov Qabil Xasay oğlunun başçılıq etdiyi dəstə saxlanılıb.

Azərbaycanlı barəsində artıq Şevçenkovskiy rayon məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

O, başçılıq etdiyi dəstə ilə birgə 50-yə qədər ukraynalı qadını Avropa və ərəb ölkələrində fahişəliyə cəlb etmə məqsədilə satılmasında ittiham olunur.

Teqlər:
satmaq, qadın, azərbaycanlı, insan alveri, Ukrayna

Əsas mövzular