03:50 18 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.8876
Ər-Riyad şəhəri

Səudiyyə Ərəbistanında qadın fəalın başı kəsiləcək

© REUTERS / Faisal Al Nasser
DÜNYA
Qısa URL
313 0 0

Onun edamının başı bədənindən ayrılmaqla həyata keçirildiyi bildirilir

BAKI, 22 avqust — Sputnik. Səudiyyə Ərəbistanında Əsra Əl Gamham adlı fəalın barəsində çıxarılan edam qərarı həyata keçiriləcək.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu haqda Human Rights Watch təşkilatı məlumat yayıb. Təşkilatın Yaxın Şərq üzrə rəhbəri Sarah Leah Vitson bu qərara görə məyus olduqlarını qeyd edib: "Bütün edamlar dəhşətlidir. Əsra Gamhamı edam etmək isə vəhşilikdir".

Əsra Əl Gamham
© Twitter
Əsra Əl Gamham

Londonda yerləşən Səudiyyə insan haqları qrupu ALQST isə dini məhkəmənin edam qərarını bu həftə əvvəl verdiyini deyib. Rəsmi Ər-Riyad bu hadisə ilə bağlı açıqlama verməyib. Bildirilir ki, Əsra Gamham ölkədə keçirilən nümayişə qatılmaqda günahlandırılır. Səudiyyə Ərəbistanında şiə fəallardan hesab olunan Gamham 2015-ci ilin dekabr ayında həbs olunub.

Onun edamının başı bədənindən ayrılmaqla həyata keçiriləcəyi bildirilir.

Teqlər:
başı kəsilmək, edam, Səudiyyə Ərəbistanı, qadın

Əsas mövzular