07:51 14 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0251
  • EUR1.9117
Türkiye darbe girişimi

Səudiyyə Ərəbistanından Türkiyədə yeni çevriliş cəhdinin anonsu

© REUTERS /
DÜNYA
Qısa URL
936720

Səudiyyə Ərəbistanının yüksək tirajlı qəzetlərindən biri Türkiyədə yeni bir çevrilişin vaxtının gəldiyini yazıb

BAKI, 20 avqust — Sputnik. Səudiyyə Ərəbistanı hökumətinə aid "Okaz" qəzeti Türkiyədə mümkün çevriliş cəhdinə işarə edərək, baş verəcək çevrilişin uğurlu olacağını bildirib.

Sputnik Azərbaycan İranın "Tasnim" agentliyinə istinadla xəbər verir ki, sözügedən qəzetdə müəllif Əhməd Azen regionda, ümumiyyətlə, hərbi çevriliş havasının olduğunu söyləyərək, baş verəcək çevrilişlərin bu dəfə uğurlu olacağını vurğulayıb.

Türkiyənin yeni bir liderə ehtiyac duyduğunu və böyük bir böhrandan keçdiyini yazan qəzet, "Cənab Ərdoğan Türkiyə xalqı üzərindəki təsirindən istifadə edərək iqtisadi böhrandan çıxmaq istəyir. Ancaq bu, uğurlu olmayacaq" ifadəsindən istifadə edib.

Xatırladaq ki, daha əvvəl reallaşan 15 iyul dövlət çevrilişinə cəhddə də bütün diqqətlər Birləşmiş Ərəb Əmirliyinə və Səudiyyə Ərəbistanına çevrilmişdi.

Sabiq Qətər əmiri Əhməd əl Sani Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdindən sonra Səudiyyə Ərəbistanını çevrilişə yardım etməkdə ittiham etmişdi.

Əlaqədar

Vəziyyət gərginləşir: ABŞ dövlət çevrilişi hazırlığında ittiham edildi
Dini çevriliş: Trampın yerinə o prezident gətiriləcək
"Paşinyan dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlişini legitimləşdirmək məqsədi güdür"
Ermənistanda "sürünən çevriliş" və ya "milli qəhrəman"ın biabırçı sonu
"Yalan detektoru" “milli qəhrəman”ın dövlət çevrilişi planını sübut etdi

Əsas mövzular