Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Məkkədə fırtına, Kəbənin örtüyü uçdu - VİDEO

© AFP 2023 / MOHAMMED AL-SHAIKHМусульманские паломники в Каабе. Архивное фото
Мусульманские паломники в Каабе. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Fırtına və yağış səbəbilə insanlar çətin vəziyyətə düşüb

BAKI, 20 avqust — Sputnik. Məkkədə güclü fırtına baş verib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, şəhərdə qalxan güclü külək ağacları yerindən qoparıb, Kəbənin örtüyünü açıb.

Məlumata görə, axşam saatlarında əvvəlcə qum fırtınası başlayıb, ardınca hava qaralıb. Daha sonra yağış yağmağa başlayıb. Fırtına və yağış səbəbilə insanlar çətin vəziyyətə düşüb.

Fırtınanın sürəti saatda 90 kilometr olub. Fırtına Ərəfatda hacı namizədləri üçün qurulan çadırlara heç bir zərər verməyib. Təhlükəsizlik səbəbilə çadırlara verilən elektrik enerjisi dayandırılıb. Mina dağında fırtınaya düşən bir neçə nəfər yüngül xəsarət alıb. Onlara dərhal yardım göstərilib. Bir neçə saat sonra qum fırtınası dayanıb.

Xəbər lenti
0