Münasibətlər daha da pisləşə bilər: Rusiyaya qarşı yeni sanksiya hazırlanır

© Sputnik / Sergey Guneyev / Mediabanka keçidВстреча президента РФ Владимира Путина и президента США Дональда Трампа в Хельсинки
Встреча президента РФ Владимира Путина и президента США Дональда Трампа в Хельсинки - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda sanksiyalar paketi üzərində iş yekunlaşır

BAKI, 19 avqust — Sputnik. ABŞ prezidenti Donald Trampın administrasiyası yaxın bir neçə həftə ərzində Rusiyanın "Şimal axını-2" qaz kəməri layihəsində iştirak edən şirkətlərə qarşı yeni sanksiyalar tətbiq edəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu haqda "The Wall Street Journal" administrasiyadakı mənbələrə istinadən yazıb.

Hazırda sanksiyalar paketi üzərində iş yekunlaşır. Məlumata görə hələlik Vaşinqtonda yekun qərar verməyiblər. 2017-ci ildə Rusiyanın ABŞ seçkilərinə müdaxiləsinin üstü açılandan sonra Konqres prezident Trampa "Şimal axını-2" qaz kəməri layihəsində iştirak edən şirkətlərə və şəxslərə qarşı sanksiyaların tətbiq edilməsi səlahiyyətini verib.

İndi Tramp qaz kəməri layihəsini əngəlləmək üçün bu səlahiyyətlərdən istifadə etməyə hazırlaşır. Qəzetin yazdığına görə sanksiyalar qaz kəmərinin tikintisini dayandırmağa hesablanıb, çünki ABŞ-da hesab edirlər ki, bu kəmər Avropanın Rusiya qazından asılılığını artıracaq.

"Şimal axını-2" kəmərinə əsasən  Rusiyadan Almaniyaya Baltik dənizindən dibindən ümumi tutumu ildə 55 milyard kubmetr olmaqla iki kəmər qolunun çəkilməsi nəzərdə tutulur. Layihənin dəyəri 10 milyard avroya yaxındır.

ABŞ və bir sıra Avropa ölkələri bu layihəyə qarşı çıxır. Birləşmiş Ştatlar Rusiya qazına alternativ kimi Azərbaycanın "Şahdəniz" yatağının qazını Avropaya nəql etməli olan Cənub Qaz Dəhlizinə güclü dəstək verir.

Xəbər lenti
0