13:40 25 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0705
DÜNYA
Qısa URL
10065 0 0

Xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, ABŞ məsələyə bu cür yanaşmaqla heç bir nəticəyə nail ola bilməyəcək

BAKI, 19 avqust — Sputnik. "Türkiyə ABŞ-la münasibətlərin gərginləşməməsi və problemlərin həlli üçün diplomatiya yolunu seçdi. Problemlərin həlli ilə bağlı təkliflərimizi verdik. Amma ABŞ təhdid etmək yolunu seçdi".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Vaşinqtonun F-35 qırıcıları ilə bağlı sanksiyalar barədə danışan nazir bildirib ki, qırıcıların ilk partiyası Türkiyəyə təhvil verilib: "F-35 qırıcıları ilə bağlı hökumət 90 gün ərzində qərar verəcək, bu müddətdə isə növbəti qırıcılar Türkiyəyə göndərilməyəcək. F-35 layihəsində biz ABŞ-la ortağıq. Türkiyədə də istehsal edilir. "Mən istədim olmadı, Türkiyə çıxsın" kimi təktərəfli imtina ola bilməz. Bu, ortaq layihədir və davam edəcək. Problemlər bu gün var, sabah da ola bilər, lakin bunun həlli üçün mübarizə aparılmalı, birlikdə addımlar atılmalıdır" — deyə Mövlud Çavuşoğlu bildirib.

Xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, ABŞ məsələyə bu cür yanaşmaqla heç bir nəticəyə nail ola bilməyəcək.

"Türkiyə bəzi məsələlərdə ABŞ-la birlikdə çalışıb. Gərginliyin azaldılması, həlli üçün görüşlər keçiririk, görüşdən dərhal sonra Vaşinqtondan təhdid mesajları gəlir. Bir daha onlara bəyan edirəm ki, bu cür münasibətlə heç bir nəticə əldə edə bilməyəcəksiniz. Hər ölkənin hüququ, qanunları və məhkəməsi var. Belə görünür ki, ABŞ Türkiyə ilə mövcud olan problemləri həll etmək istəmir", — deyə Mövlud Çavuşoğlu bildirib.

Teqlər:
"F-35" qırıcıları, xəbərdarlıq, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, ABŞ

Əsas mövzular