CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Önəmli xəbərdarlıq edildi: sekslə məşğul olmayın, çünki...

CC BY 2.0 / Eleazar / Cache-cacheÖpüşən gənc cütlük, arxiv şəkli
Öpüşən gənc cütlük, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Məmur belə istilərdə sesklə məşğul olmamağı məsləhət görüb

BAKI, 19 avqust — Sputnik. Kolumbiyanın Karib dənizi sahilindəki Santa-Marta şəhərində məmurun şəhərin qonaqlarına və sakinlərinə verdiyi tövsiyyə gülüş və şübhə ilə qarşılanıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, hazırda orada havanın temperaturu + 40 C-dir. Yerli xəstəxanalar isə günvurma diaqnozu qoyulan xəstələrlə dolub.

Bununla əlaqədar olaraq sağlamlığın mühafizəsi departamentinin rəhbəri Xulio Sala ənənəvi məsləhətlərlə (çox su içmək, rahat geyimlər geyinmək) yanaşı, başqa bir məsləhət də verib. Məmur belə istilərdə sekslə məşğul olmamağı məsləhət görüb. O, qeyd edib ki, bu da fiziki yüklənmə olduğuna görə, bədənə və xüsusilə ürəyə ağırlıq verir.

Xəbər lenti
0