Azərbaycanlı Türkiyədə dəhşətli xəstəliyə düçar oldu, qohumlarını da xəstəxanalıq etdi

© AFP 2023 / DHA / DOGAN NEWS AGENCY Türkiyədə təcili yardım avtomobili, arxiv şəkli
Türkiyədə təcili yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Onu Türkiyəyə getməmişdən öncə it dişlədiyi məlum olub

BAKI, 18 avqust — Sputnik. Türkiyədə işləyən azərbaycanlı dəhşətli xəstəliyə yoluxub.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Çanaqqalada mövsümü işdə işləyən 42 yaşlı Rauf Əhmədov baş ağrısı və qollarında keyimə şikayəti ilə Bayramiç Dövlət Xəstəxanasına gedib.

Quduzluq diaqnozu qoyulan R. Əhmədov reanimasiya şöbəsinə yerləşdirilib. Onu Türkiyəyə getməmişdən öncə it dişlədiyi məlum olub.

Məlumata görə, Əhmədov 3 aydır ki, Çanaqqalanın Bayramiç ilçəsində yaşayan qohumlarının yanına gələrək, burada pomidor tarlalarında işləyirmiş.

R. Əhmədova quduzluq diaqnozu qoyulduqdan sonra onunla bir yerdə yaşadığı 10 yaxınına da quduzluğa qarşı peyvənd vurulub. Hazırda R. Əhmədov karantin altındadır və vəziyyəti ağırdır.

Xəbər lenti
0