Qonşuluqda olay: Deputatın oğlu inanılmaz intihara əl atdı

CC0 / Alexas_Fotos / arestМужчина, закованный в наручники. Архивное фото
Мужчина, закованный в наручники. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Güman edildiyinə görə, o, özünü öldürməmişdən öncə qollarına qandal taxıb

BAKI, 18 avqust — Sputnik. Rusiyada keçmiş deputatın oğlu intihar edib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Balaşixada gənc qız və oğlan özlərini çoxmərtəbəli evin binasından ataraq ölüblər.

Məlumata görə, gəncin qolunda qandal olub. Güman edildiyinə görə, o, özünü öldürməmişdən öncə qollarına qandal taxıb. Hadisə bu gün səhər saatlarında baş verib.

Təcili tibbi yardım - Sputnik Azərbaycan
HADİSƏ
Xaçmazda dəhşətli intihar baş verdi

Məlumata görə, ölən 19 yaşlı Roman Şinqarkin Dövlət Dumasının keçmiş deputatı Maksim Şinqarkinin oğlu olub. Gəncin "VKontakte" səhifəsində səhər 9.00-da intihar etmək istəyi qeyd edilib.

"Məndən kədərli insan alındı. Bu müəyyən faktorların təsiridir. Həyatın mənasını necə axtarmaq yönündə heç bir birmənalı cavab yoxdur" – deyə gənc qeyd edib.

Gənc Şinqarkinin adı mətbuatda 2017-ci ilin martında korrupsiyaya qarşı keçirilən razılaşdırılmamış mitinqdə iştirakı ilə bağlı çəkilirdi. Mitinq zamanı o Puşkin meydanında işıq fənərinə çıxıbmış. Düşdükdən sonra isə polis tərəfindən saxlanılmışdı. Polis şöbəsindən onu atası çıxara bilmişdi.

Xəbər lenti
0