03:03 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
4488 0 0

Bu müsabiqə ilk dəfə Respublikanın şimal-qərbində Brezna kəndində 2012-ci ildə keçirilib.

BAKI, 17 avgust — Sputnik. Şənbə günü, avqustun 18-də Monteneqroda VI-cı tənbəllər müsabiqəsi keçirləcək. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə təşkilatçılar öz facebook səhifələrində qeyd ediblər.

Bu müsabiqə ilk dəfə bu ölkənin Brezna kəndində 2012-ci ildə keçirilib.

Müsabiqə monteneqroluların işi sevməməsi ilə bağlı stereotip fikirləri özündə birləşdirən "İşləməsən də yeyəcəksən" şüarı ilə keçirilib.

Yarəşmanın qaydaları çox sadədir. Belə ki, iştirakçılar eyni vaxtda yataq örtüyünün üzərinə uzanır və ayağa qalxmadan bacardıqları qədər uzanırlar. Onlara yeməyə, içməyə və danışmağa icazə verilir.

2017-ci ilə qədər Marko Curoviç 37 saat uzanmaqla rekord qırmışdı. Daha sonra 3 nəfər 47 saat uzanmaqla bu rekordu yenilədi.

Yarış Brezna kəndində yerli saatla 9.00-da başlayacaq. Birinci yerin sahibi 800 avro məbləğində pul mükafatı (yarısı pul, yarısı hədiyyə) alacaq.

Məlumata görə, bütün iştirakçılara pulsuz yemək və içki veriləcək. Eyni zamanda kənddən 100 kilometr uzaqda yaşayanlar üçün nəqliyyat vasitəsi ayrılacaq.

Əsas mövzular