Türkiyə tərəfindən ABŞ-a daha bir zərbə

© AFP 2023 / KAZUHIRO NOGIСмартфоны iPhone 7 и 7 Plus
Смартфоны iPhone 7 и 7 Plus - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyədə 3 böyük idxalçı 50 milyon dollarlıq "iPhone" sifarişini ləğv edib

BAKI, 17 avqust — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ istehsalı olan elektron məhsulları boykot çağırışından sonra bu ölkədə iri idxalçı firmalar sifarişlərini ləğv etməyə başlayıb.

Sputnik Azərbaycan "Bloomberght"ə istinadla xəbər verir ki, başda "iPhone" olmaq üzrə ABŞ mənşəli onlarca məhsulun Türkiyəyə idxalı dayandırılıb. Ticarətçilərin verdiyi məlumata görə, təkcə "Doğubank"da fəaliyyət göstərən 3 böyük idxalçı 50 milyon dollarlıq "iPhone" sifarişini ləğv edib.

Məzənnə dəyişikliyindən istifadə etmək istəyən bəzi idxalçılar isə məhsullarını anbarda saxlayır. Başda ofis ləvazimatları olmaq üzrə xaricdən idxal edilən bir çox məhsul bazarda tapılmır. İdxalçı firmaların Qurban bayramından sonra həmin məhsulların qiymətini qaldırmağı planlaşdırdığı bildirilir.

Xəbər lenti
0