07:26 28 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0227
  • EUR2.0665
DÜNYA
Qısa URL
105 0 0

Qadınlarla yanaşı hazırda hökumətə işləyən 4 Şimali Koreya vətəndaşının adı bu işdə şübhəli şəxs kimi hallanır

BAKI, 16 avqust — Sputnik. Malayziyanın Ali Məhkəməsi Şax-Alma şəhərində keçirilən iclası zamanı Şimali Koreya lideri Kim Çen Inın ögey qardaşı Kim Çen Namın öldürülməsi işi üzrə şübhəli bilinən iki qadının vəkillərinin verdiyi şikayəti rədd edib. Bu barədə Sputnik Azərbaycan xarici KİV-ə istinadən xəbər verir.

Hakim bildirib ki, 26 yaşlı İndonezia vətəndaşı Siti Aysia və 29 yaşlı Vyetnam vətəndaşı Doan Txi Hounqu azad etmək niyyətində deyil. Çünki bu qadınların qətli törətməsinə dair xeyli sübutlar var.

Qeyd edək ki, ötən ilin fevralında Şimali Koreya lideri Kim Çen Inın ögey qardaşı Kim Çen Nam Malayziyada öldürülüb. Belə ki, qadınlar Kim Çen Namın üzünə zəhərli maddənin olduğu dəsmal tutub. Bu proses təhlükəsizlik kameralarına düşüb. Qadınlar cib dəsmalının ziyanı barədə məlumatsız olduğunu bildiriblər. Qadınların vəkillərinin sözlərinə görə, sifarişçi qadınları Şimali Koreya liderinin qardaşı ilə zarafat etməyə davam edib. Günahlandırılan şəxslərdən biri hətta bu işə görə 85 avro aldığını da deyib.

Qadınlarla yanaşı hazırda hökumətə işləyən 4 Şimali Koreya vətəndaşının adı bu işdə şübhəli şəxs kimi hallanır. Onların Şimali Koreya Xarici İşlər Nazirliyinin əməkdaşları olduğu bildirilir, lakin onları saxlamaq mümkün olmayıb.

Əsas mövzular