06:10 28 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9932
  • RUB0.0234
DÜNYA
Qısa URL
139701

Fransa prezidenti Türkiyəyə dəstəyini ifadə etdi

BAKI, 16 avqust — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla telefonla danışıb. Onlar ikitərəfli əlaqələr və regional mövzuları müzakirə ediblər. Liderlər Fransa ilə Türkiyə arasındakı qarşılıqlı investisiyaları inkişaf etdirməkdə qərarlı olduqlarını bildiriblər.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, bu gün baş tutan telefon söhbətində prezidentlər ikitərəfli əlaqələr, gündəmdəki mövzular və regional proseslərlə bağlı fikir mübadiləsi aparıblar. Hər iki lider Fransa ilə Türkiyə arasındakı iqtisadi və ticari əlaqələri, qarşılıqlı sərmayələri daha da inkişaf etdirməyin önəmli olduğunu vurğulayıblar.

Makron Türkiyədə iqtisadi sabitliyin Fransa üçün də önəmli olduğuna diqqəti yönəldib. Hər iki lider başda İdlib olmaqla Suriyadakı son proseslər haqqında da fikir mübadiləsi aparıblar.

Görüşdə Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrakla fransalı həmkarlarının yaxın zamanlarda görüşməsi qərara alınıb.

Xatırladaq ki, hazırda Türkiyənin ən populyar nazirlərindən biri olan Albayrak Rəcəb Tayyib Ərdoğanan kürəkənidir.

Əsas mövzular