Ermənistanda Serj Sarqsyana da növbə çatır

© Sputnik / Sergey Guneev / Mediabanka keçidСерж Саргсян
Серж Саргсян - Sputnik Azərbaycan
Abunə olmaq
Xüsusi İstintaq Komitəsinin rəhbəri bunun nə vaxt baş verəcəyi haqda suala cavab olaraq bildirib ki, bu barədə qərarı müstəntiq verəcək

BAKI, 16 avqust — Sputnik. Ermənistanın sabiq prezidenti Serj Sarqsyan 1 mart 2008-ci il hadisələri ilə bağlı dindiriləcək. Sputnik Azərbaycan "News.am"-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Xüsusi İstintaq Komitəsinin rəhbəri Sasun Xaçatryan bildirib.

"Dəfələrlə bildirilib ki, bu işə aidiyyatı olan bütün şəxslər dindiriləcək. Serj Sarqsyan da daxil olmaqla", — Xaçatryan deyib.

Xüsusi İstintaq Komitəsinin rəhbəri bunun nə vaxt baş verəcəyi haqda suala cavab olaraq bildirib ki, bu barədə qərarı müstəntiq verəcək.

Qeyd edək ki, Ermənistanın ikinci prezidenti Koçaryan 2008-ci il prezident seçkilərindən sonra İrəvanda keçirilən etiraz aksiyasının zorakılıqla dağıdılmasına əmr verməkdə ittiham olunub. 10 nəfərin ölümünə səbəb olan aksiyalarla əlaqədar ona qarşı bir qrup şəxslə əlbir olaraq konstitusiya quruluşunu devirmək barədə ittiham irəli sürülüb.

Xatırladaq ki, eyni cinayət işi üzrə həbs edilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi, Ermənistan Silahlı Qüvvələrinin sabiq rəisi Yuri Xaçaturov 5 milyon dram (11 min ABŞ dolları) girov qoymaqla zaminə buraxılıb.

Xəbər lenti
0