04:10 17 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
290 0 0

İstintaq çərçivəsində hazırlanan hesabatda 178-i uşaq olmaqla 266 nəfərin cinsi istismara uğradığı məlum olub.

BAKI, 16 avqust — Sputnik. Çilidə kahinlərlə əlaqəli cinsi istismar iddiaları çərçivəsində Katolik Yepiskoplar Konfransının mərkəzinə basqın olub.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Santyaqo Baş Yepiskopu Kardinal Rikardo Ezzati cinsi istismar iddaları ilə bağlı ifadə verməyə çağırılıb.

Xatırladaq ki, keçən ay Çilidə kahinlərlə əlaqəli cinsi istismar iddiaları çərçivəsində 158 kilsə işçisi haqqında cinayət işi açılmışdı. Bir çox yepiskop, din adamı və kilsə işçilərinin də iştirakçısı olduğu cinsi istismar hadisələrinin 1960-cı illərdə başladığı bildirilir.

İstintaq çərçivəsində hazırlanan hesabatda 178-i uşaq olmaqla 266 nəfərin cinsi istismara uğradığı məlum olub.

Papa Fransisk may ayında Çilidə kilsədə pedofil qalmaqalı ilə bağlı 34 yepiskopu ilə müzakirələr aparıb və din xadimləri 3 gün davam edən müzakirələrdən sonra kütləvi istefa veriblər.

Qeyd edək ki, Papa Fransisk daha əvvəl iddiaların həqiqətə uyğun olmadığını demişdi.

Teqlər:
zorlama, uşaq, din xadimi, kilsə, kahin

Əsas mövzular