05:10 20 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.9377
Oklənd şəhərində yaşayış binaları

Onlar əcnəbilərə daşınmaz əmlak satılmasına qadağa qoydular

CC0 / darcoil / Auckland
DÜNYA
Qısa URL
244 0 0

Hazırda Yeni Zelandiya sakinlərinin yalnız 40 faizinin öz yaşayış evi var

BAKI, 15 avqust — Sputnik. Yeni Zelandiyada müvəqqəti olaraq əcnəbilərə ev satılması qadağan edilib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu addım yerli əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması məqsədilə atılıb.

Qanuna görə, daşınmaz əmlak yaxın zamanlarda yalnız ada sakinləri üçün əlçatan olacaq. Ancaq indiyə kimi adada daşınmaz əmlak sahibi olan əcnəbilər bundan sonra da ev almaqda davam edə biləcəklər.

Bundan əlavə, Yeni Zelandiyada yaşayan və ölkənin rezidenti statusu almış əcnəbilər, həmçinin Avstraliya və Sinqapur vətəndaşları Sərbəst Ticarət Sahəsi üzrə sazişlər vasitəsilə əmlak əldə etməyə davam edə bilərlər.

Hazırda Yeni Zelandiya sakinlərinin yalnız 40 faizinin öz yaşayış evi var. Son zamanlar ölkədə evsizlərin sayı artmaqda davam edir. Onlar baraklarda yaşamalı olurlar.

Teqlər:
qadağa, satış, daşınmaz əmlak, Yeni Zelandiya

Əsas mövzular