Rahib yenə həbsdə qaldı, vəziyyət gərginləşə bilər

© REUTERS / Demiroren News Agency, DHAAmerikalı rahib Andryu Branson
Amerikalı rahib Andryu Branson - Sputnik Azərbaycan
Abunə olmaq
Amerikalı rahib Endryu Bransonun vəkilləri məsələ ilə bağlı açıqlama veriblər

BAKI, 15 avqust — Sputnik. Amerikalı rahib Endryu Bransonun ev həbsindən buraxılma tələbi Türkiyədə 2-ci Ağır Cəza Məhkəməsi tərəfindən rədd edilib. Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, bunu rahib Bransonun vəkilləri bildirib.

Vəkillər qeyd ediblər ki, rahibin azad edilməsi ilə bağlı keçirilən ikinci etiraz da məhkəmə tərəfindən rədd edilib. Etiraz tələbi daha yüksək instansiya olan 3-cü Ağır Cəza Məhkəməsinə göndərilib.

Beləliklə, 2-ci Ağır Cəza Məhkəməsi Bransonın ev həbsinin davamına qərar verib.

Xəbər lenti
0