09:50 14 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0250
  • EUR1.9190
Vladimir Putin

Tramp görüşdü, indi də Putin onunla görüşəcək

© Sputnik / Aleksey Nikolsky
DÜNYA
Qısa URL
257 0 0

Dünyanın gözlədiyi görüşün nə vaxt baş tutacağı bilinmir

BAKI, 15 avqust — Sputnik. Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Inla təkbətək görüşə hazır olduğunu bildirib.

Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, Vladimir Putin bunu Koreya yarımadasının azad olunması ilə bağlı göndərdiyi teleqramında qeyd edib. Vladimir Putin Şimali Koreyanın Milli Müstəqillik günü münasibəti ilə Kim Çen Ina səmimi təbriklərini çatdırıb.

Rusiya prezidenti təbrik mesajında, eyni zamanda ölkələr arasında münasibətlərin "dost və konstruktiv xarakter" daşıdığını bildirib.

Teqlər:
Şimali Koreya lideri Kim Çen In, teleqram, təbrik, Rusiya prezidenti Vladimir Putin, görüş

Əsas mövzular