Zəlzələ qurbanlarının sayı 500-ə çatır

© AFP 2023 / Aulia Ahmad İndoneziyada zəlzələ
İndoneziyada zəlzələ - Sputnik Azərbaycan
Abunə olmaq
Xatırladaq ki, avqustun 5-də İndoneziyanın şimalında Lombok adasında 7 bal gücündə zəlzələ baş verib

BAKI, 13 avqust — Sputnik. İndoneziyada zəlzələ zamanı ölənlərin sayı 436 nəfərə çatıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Milli Büronun saytında məlumat verilib.

Əvvəlki məlumatlara görə, zəlzələ qurbanlarının sayı 387 nəfər olub.

Büronun məlumatına görə, 1353 nəfər xəsarət alıb. 67 mindən çox ev dağılıb və 387 min yerli sakin evlərini tərk edib.

Xatırladaq ki, avqustun 5-də İndoneziyanın şimalında Lombok adasında 7 bal gücündə zəlzələ baş verib. Zəlzələdən sonra 5,4 və 4,3 bal gücündə avtoşoklar qeydə alınıb.

Xəbər lenti
0