10:23 06 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
89 0 0

Təbii fəlakət zamanı 7 ştatda 250 nəfər xəsarət alıb və 30 nəfər itkin düşüb

BAKI, 13 avqust — Sputnik. Hindistanın 7 ştatında leysan yağışları səbəbindən 774 nəfər dünyasını dəyişib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat verib.

Məlumata görə, Cənubi Keralada ştatında 187 nəfər, Uttar Pradeş ştatında 171 nəfər, Qərbi Benqaliyada 170, Maxaraştrada 139 nəfər, Qudcarat ştatında 52, Assamda 45, Naqalenddə 8 nəfər təbii fəlakətin qurbanı olub.

Məlumatda qeyd edilib ki, hadisələr zamanı 7 ştatda 250 nəfər isə xəsarət alıb, 30 nəfər isə itkin düşüb.

Hal-hazırda Hindistan Ordusu, Dəniz və Hava Qüvvələri, Sahil Mühafizəsi Xidməti vətəndaşları xilas etməyə və ölkənin müxtəlif yerlərində təbii fəlakətin nəticələrini aradan qaldırmağa çalışırlar.

Teqlər:
ölən, daşqın, Hindistan, leysan, xilasetmə

Əsas mövzular