21:44 16 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9673
ABŞ Dövlət Departamenti

ABŞ-dan Xəzərin statusuna dair Konvensiyaya reaksiya

© AFP 2018 / Paul J. Richards
DÜNYA
Qısa URL
10019 0 0

Kampos: "Razılaşmanın detalları bizə məlum deyil"

BAKI, 12 avqust — Sputnik. ABŞ Dövlət Departamenti Xəzərin hüquqi statusuna dair imzalanacaq Konvensiyanın Avropaya qaz tədarükünün diversifikasiyası ilə bağlı vəziyyətə necə təsir edəcəyini hələ ki şərh etməyə hazır deyil. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə bürosunun rəsmi nümayəndəsi Vinsent Kampos RİA Novosti-yə açıqlamasında bildirib.

"Hələlik Konvensiya ilə bağlı hansısa şərhlər vermək hələ tezdir. Çünki razılaşmanın detalları bizə məlum deyil." – deyə Kampos vurğulayıb.

Qeyd edək ki, bu gün Qazaxıstanın Aktau şəhərində Xəzəryanı beş ölkənin — Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan dövlət başçılarının V sammiti öz işinə başlayıb. Sammitdə 20 ildən çoxdur ki, üzərində mürəkkəb və intensiv iş aparılan Xəzərin hüquqi statusuna dair yekun Konvensiyanın imzalanacağı gözlənilir.

Ötən ilin dekabrın 5-də Moskvada beş ölkənin xarici işlər nazirlərinin iştirakı ilə keçirilən görüşdə region ölkələri Xəzər dənizinin hüquqi statusu üzrə qalan bütün məsələlərlə bağlı razılığa gəlib. Faktiki olaraq müvafiq konvensiyanın mətni hazırdır.

Bu ilin iyulun 29-da Rusiya prezidenti Vladimir Putin ölkə hökumətinin Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanması barədə təklifini qəbul edib. Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya iştirakçı ölkələr üçün sualtı boru kəmərləri çəkmək imkanı yaradır.

"Ölkələr Xəzər dənizinin dibi ilə sualtı kabellər və boru kəmərləri çəkə bilər" — deyə Konvensiyanın 14-cü maddəsində bildirilir.

Lakin, eyni zamanda vurğulanır ki, bu cür layihələr "ölkələrin iştirakçısı olduğu beynəlxalq sazişlərdə" göstərilən ekoloji tələblər və standartlara uyğun olmalıdır. Bu mənada 2003-cü ildə imzalanan "Xəzər dənizində ətraf mühitin qorunması üçün çərçivə konvensiyası" və onun protokolları diqqətə çatdırılır.

"Sualtı kabellərin və boru kəmərlərinin çəkilməsi üzrə marşrutun müəyyənləşdirilməsi sualtı kabellərin və boru kəmərlərinin keçəcəyi sektorların sahibi olan ölkələrlə razılaşdırılmalıdır" — deyə Konvensiyada vurğulanır.

Əlaqədar

Xəzərin taleyinin həll olunacağı gün bəlli oldu
Xəzərin statusu ilə bağlı xüsusi toplantı başlayır
Tarixi sammitə hazırlıq bitdi
Teqlər:
Xəzərin hüquqi statusu, Xəzər, ABŞ Dövlət Departamenti, Vinsent Kampos, Aktau, ABŞ

Əsas mövzular