23:16 18 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9550
Клад, найденный при реставрации особняка в Санкт-Петербурге

Məşhur repçi qarət olundu

© Foto : "İntarsia" inşaat şirkəti
DÜNYA
Qısa URL
33 0 0

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin bütün təfərrüatlarını araşdırırlar

BAKI, 10 avqust — Sputnik. İspaniyada "Despacito" hitinin ifaçılarından biri olan və "Daddy Yankee" ləqəbi ilə tanınan repçi Ramon Luis Ayyal Rodriqesin təqribən 2 milyon avro dəyəri olan bəzək dəsti oğurlanıb.

"Report" xəbər verir ki, hadisə Valensiya şəhərindəki mehmanxanalardan birində baş verib.

Özünü Rodriqesə otelin əməkdaşı kimi təqdim edən oğru ondan zinət əşyalarının saxlandığı seyfi açmağı xahiş edib.

Qeyd olunur ki, artistin otağından həmçinin 2,5 min dollar nağd pul da yoxa çıxıb.

Cani özünü şübhələndirmədən otel binasını tərk edib və oradan uzaqlaşıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin bütün təfərrüatlarını araşdırırlar.

Əsas mövzular