İstanbul aeroportunda iki sərnişin təyyarəsi toqquşub - VİDEO

© AP Photo / Lefteris PitarakisСамолеты авиакомпании "Turkish Airlines" в Стамбульском аэропорту имени Ататюрка
Самолеты авиакомпании Turkish Airlines в Стамбульском аэропорту имени Ататюрка - Sputnik Azərbaycan
Abunə olmaq
Hər iki təyyarə zədələnib

BAKI, 9 avqust — Sputnik. Mərakeşin "Royal Air Maroc" aviaşirkətinə məxsus sərnişin təyyarəsi İstanbulun Atatürk beynəlxalq hava limanında "Turkish Airlines"ın layneri ilə toqquşub.

“Report” xəbər verir ki, bu barədə cümə axşamı yerli "Hurriyet" qəzeti yazıb.

Hadisə beynəlxalq terminal yaxınlığındakı təyyarə dayanacağı zonasında baş verib. Mərakeş layneri öz çıxışına doğru hərəkət edərkən, məlum olmayan səbəblərdən qanadı ilə "Turkish Airlines"a məxsus təyyarənin gövdəsinin arxa hissəsinə toxunub. Türkiyə təyyarəsi çıxış yaxınlığında dayanıb və Ciddəyə (Səudiyyə Ərəbistanı) uçmağa hazırlaşırmış.

Hər iki təyyarə zədələnib. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Xəbər lenti
0