Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İnəklər oğrunu ələ verdi — VİDEO

© REUTERS / Clodagh Kilcoyneİnəklər, arxiv şəkli
İnəklər, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qaçış uzun müddət davam etməyib

BAKI, 8 avqust — Sputnik. Floridada inəklər oğru qadının polis tərəfindən yaxalanmasına yardım edib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, 46 yaşlı amerikalı Cenifer Kaufmen özü də bilmədən ənənəvi enserro — buğalardan qaçış yarışışının iştirakçısına çevrilib.

Polisdən qaçmaq istəyən qadın oyuna köklənmiş buğa sürüsü ilə qarşılaşıb. Onun buynuzlu təqibçilərdən qaçma cəhdi vertolyotdan videoya çəkilib. 

Hadisə keçən bazar Floridada baş verib. Cenifer və onun dostu avtomobili qaçırdıqdan sonra polis onların yerini müəyyənləşdirə bilib.

Göydə xidməti vertolyotu gördükdən sonra onlar meşə yoluna qaçmağa başlayıblar. Sürücü tezliklə ələ keçib, ancaq onun ortağı bir qədər də qaçmalı olub. Qadın yolunu inəklər üçün olan otlaqdan salıb. Yəqin ki, heyvanlar uzun müddətdir ki, insan görmədiyi üçün insanla təmas üçün darıxıbmış. Buna görə də buynuzları ilə vurmağa çalışıblar. Qaçış uzun müddət davam etməyib. Polislər tezliklə onu ələ keçirib.

Xəbər lenti
0