Tramp ABŞ vətəndaşlığı əldə edilməsini məhdudlaşdırır

© REUTERS / Al DragoДональд Трамп
Дональд Трамп - Sputnik Azərbaycan
Abunə olmaq
Hüquqşünaslar bu dəyişikliyin Amerika miqyasında milyonlarla miqranta təsir edəcəyini bildirir

BAKI, 8 avqust — Sputnik. ABŞ prezidenti Donald Tramp qanuni miqrantların ABŞ vətəndaşlığı əldə etməsini məhdudlaşdırır.

Sputnik Azərbaycan "Habertürk"ə istinadla xəbər verir ki, Donald Tramp rəhbərliyi önümüzdəki həftələrdə qanuni miqrantların vətəndaş olmalarını çətinləşdirəcək.

Ağ Evin müşaviri Stefan Miller deyib ki, bu yeni planın Konqresdə təsdiqinə ehtiyac yoxdur və bu addım ABŞ-da qanuni status əldə edən miqrant sayısını məhdudlaşdırmaq planının bir hissəsidir. ABŞ-da "Obamacare" səhiyyə proqramından, uşaq tibbi sığortasından istifadə edən, ərzaq yardımı alan miqrantlara vətəndaşlıq verilməyəcək. "Obamacare" səhiyyə proqramından istifadə edənlərin, dövlət yardımı alanların tibbdə istifadə olunan yaşıl kartı almaları çətinləşdiriləcək. Miller, yeni planın Ağ Ev rəhbərliyinə göndərildiyini də söyləyib.

Hüquqşünaslar bu dəyişikliyin Amerika miqyasında milyonlarla miqranta təsir edəcəyini bildirir.

Qeyd edək ki, 2016-ci ilədək ABŞ Vətəndaşlıq və Miqrasiya Xidmətlərinin məlumatlarına görə, 1.2 milyon miqrantın qanuni olaraq dövlət yardımı və ya tibbdə istifadə edilən yaşıl kartdan, tibbi sığortadan istifadə etdikləri və bunların 753 mininin ABŞ vətəndaşlığı əldə etdiyi bildirilib.

Xəbər lenti
0