SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

XİN başçısı Trampı gözəllik yarışı ilə müqayisə etdi

© AFP 2023 / Michal CizekМинистр иностранных дел ИРИ Мохаммад Джавад Зариф
Министр иностранных дел ИРИ Мохаммад Джавад Зариф - Sputnik Azərbaycan
Abunə olmaq
Zərif bu barədə öz "Twitter" səhifəsində yazıb

BAKI, 8 avqust — Sputnik. İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib ki, dünya artıq Vaşinqtonun fəaliyyətindən bezib. Nazir bu fəaliyyəti birtərəfli adlandırıb. Sputnik Azərbaycan xəbər verir ki, Zərif bu barədə öz "Twitter" səhifəsində yazıb.

ABŞ prezidenti daha əvvəl dəfələrlə bəyan edib ki, bütün dünyada sülhün bərqərar olmasını istəyir: "Beynəlxalq münasibətlər bezdirici klişelərlə dolu gözəllik müsabiqəsi deyil. İlk dəfə deyil ki, müharibə təhrikçisi olan bu şəxs bütün dünyada sülh üçün müharibə apardığını bəyan edir".

Qeyd edək ki, ötən gündən etibarən Amerika Birləşmiş Ştatları tərəfindən Tehranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) razılaşdırılması nəticəsində dayandırılan genişmiqyaslı sanksiyalar bu gündən etibarən yenidən qüvvəyə minib.

Sanksiyalar çərçivəsində İranın ABŞ dolları ilə alış-veriş etməsi qadağan ediləcək, ölkənin ən böyük gəlir mənbəyi olan neft ticarəti, avtomobil ehtiyat hissələrinin ticarəti də məhdudlaşdırılacaq.

Sanksiyalar nəticəsində 1 milyon iranlının işsiz qalacağı bildirilir. Ekspertlər yaxın həftələrdə yeni sanksiyaların xarici şirkətlərə də tətbiq olunacağını proqnozlaşdırılır. Hələlik amerikalılar avropalılarla danışıqlar zamanı sanksiyaların necə tətbiq olunacağını açıqlamayıb.

Xatırladaq ki, bu ilin mayın 8-də Tramp ABŞ-ın İranla bağlanmış nüvə sazişindən imtina etdiyini elan edib. ABŞ prezidenti İran rəhbərliyini sazişin şərtlərinə zidd olaraq uranın zənginləşdirilməsində və qadağan olunmuş silah istehsalında ittiham edib. Bundan əlavə, Tramp İrana qarşı sanksiyaları bərpa etmək niyyətində olduğunu bildirib.

Xəbər lenti
0