00:27 05 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
34 0 0

ABŞ-ın B-52 nüvə bombardman təyyarələri Cənubi və Şərqi Çin dənizlərində uçuşlar keçirib

BAKI, 7 avqust — Sputnik. ABŞ-ın B-52 nüvə bombardman təyyarələri Cənubi və Şərqi Çin dənizlərində təlim uçuşları keçirib.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin yaydığı məlumata görə, Cənubi və Şərqi Çin dənizlərində iki B-52 bombardman təyyarənin da iştirak etdiyi təlim uçuşları keçirilib.

Açıqlamada deyilib ki, müvafiq proqram çərçivəsində regionda B-52 təyyarələri saxlanılır. Təlim uçuşları beynəlxalq hüquqa uyğun şəkildə həyata keçirilib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Chuning iyun ayında verdiyi açıqlamada Çinin donanma və ya hava qüvvələrindən çəkinməyəcəyini, əksinə, suverenlik və sabitlik ilə yanaşı, Cənubi Çin dənizində sülhü qorumaq məsələsində daha qərarlı davranacağını bildirmişdi.

Qeyd edək ki, Cənubi Çin dənizinə yaxın adalarda ABŞ-ın hərbi bazaları var. Bu dənizə çıxışı olan ölkələr bu adalar üzərində iddialıdır. Digər tərəfdən, ABŞ və Çin qarşılıqlı olaraq bir-birini bölgədəki hərbi mövcudluğunu artırmaqda ittiham edir.

Əlaqədar

Yeni böyük müharibənin addım səsləri: Böyük münaqişəyə Çin də qoşulur
Çin ticarət müharibəsində ABŞ-a yeni zərbə vurdu
ABŞ-Çin ticarət müharibəsi dünya iqtisadiyyatını çökdürə bilər - Ekspert şərhi
Çin valyutasının zəifləməsi dünyaya nə vəd edir – iqtisadçı təhlili
Çin istehsalı alt paltarı alan qadın xəstəxanalıq oldu

Əsas mövzular