18:50 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
67 0 0

ABŞ prezidenti: "Bu, indiyə qədər tətbiq olunan ən sərt sanksiyalardır"

BAKI, 7 avqust — Sputnik. Birləşmiş Ştatlar prezidenti Donald Tramp İrana bu gündən etibarən tətbiq olunan sanksiyalardan danışıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Tramp öz "Twitter" hesabında dünyaya mesaj göndərib.

"İrana qarşı sanksiyalar rəsmən başladı. Bu, indiyə qədər tətbiq olunan ən sərt sanksiyalardır. Noyabr ayında sanksiyalar yeni bir səviyyəyə qalxacaq. İranla iş görənlər ABŞ-la işləməyəcək. Mən dünyada sülh istəyirəm!" — deyə Tramp yazıb.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatları tərəfindən Tehranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) razılaşdırılması nəticəsində dayandırılan genişmiqyaslı sanksiyalar bu gündən etibarən yenidən qüvvəyə minib.

Sanksiyalar çərçivəsində İranın ABŞ dolları ilə alış-veriş etməsi qadağan ediləcək, ölkənin ən böyük gəlir mənbəyi olan neft ticarəti, avtomobil ehtiyat hissələrinin ticarəti də məhdudlaşdırılacaq.

Sanksiyalar nəticəsində 1 milyon iranlının işsiz qalacağı bildirilir. Ekspertlər yaxın həftələrdə yeni sanksiyaların xarici şirkətlərə də tətbiq olunacağını proqnozlaşdırırlar. Hələlik amerikalılar avropalılarla danışıqlar zamanı sanksiyaların necə tətbiq olunacağını açıqlamayıb.

​Xatırladaq ki, bu ilin mayın 8-də Tramp ABŞ-ın İranla bağlanmış nüvə sazişindən imtina etdiyini elan edib. ABŞ prezidenti İran rəhbərliyini sazişin şərtlərinə zidd olaraq uranın zənginləşdirilməsində və qadağan olunmuş silah istehsalında ittiham edib. Bundan əlavə, Tramp İrana qarşı sanksiyaları bərpa etmək niyyətində olduğunu bildirib.

Əlaqədar

Politoloq: “İran ABŞ-la müqavilə imzalamağa hazırlaşır”
Qalmaqal böyüyür, Avropa İttifaqı Vaşinqtonun qərarını saymadı
İrana qarşı sanksiyalar Azərbaycana fayda gətirməyə başladı
ABŞ bir milyondan çox iranlını işsiz qoydu, cənub qonşumuzun "qara günləri" başlayır
Teqlər:
Donald Tramp, sanksiya, İran, Birləşmiş Ştatlar, prezident

Əsas mövzular