04:40 18 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
İndoneziyada zəlzələ

Müsəlman ölkəsində böyük fəlakət yaşanır, ölənlərin sayı 142 nəfəri keçib

© Foto : Antara Foto/Ahmad Subaidi/via REUTERS
DÜNYA
Qısa URL
176 0 0

Zəlzələ nəticəsində 300-dən çox insan xəsarət alıb

BAKI, 6 avqust — Sputnik. İndoneziyanın Lombok adasında baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 142-ə çatıb. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Təbii Fəlakətlərin Aradan Qaldırılması üzrə Milli Agentliyin nümayəndəsi Sutopo Purvo Nuqroho bildirib.

Onun sözlərinə görə, zəlzələ nəticəsində 300-dən çox insan xəsarət alıb: "Ölənlərin sayı arta bilər. Çünki xilasedicilər təbii fəlakətin baş verdiyi ərazini tam olaraq nəzarətə götüeə bilməyiblər".

Qeyd edək ki, bazar günü İndoneziyanın Lombok adasında Rixter cədvəli üzrə 7 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri yerin 10 km dərinliyində qeydə alınıb. Sunami təhlükəsi elan olunub.

Əlaqədar

Qonşuda güclü zəlzələ oldu, həkimlər və xilasedicilər səfərbər edildilər
Qonşuluqda güclü zəlzələ oldu
Azərbaycanda daha bir zəlzələ baş verdi
Azərbaycanda daha bir zəlzələ baş verdi
Azərbaycan sahillərində zəlzələ oldu
Şəkidə zəlzələ baş verib
Teqlər:
insan, zəlzələ, Lombok adası, İndoneziya

Əsas mövzular