13:26 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
50 0 0

İsrail dəniz qüvvələri Qəzzaya tətbiq olunan embarqonu yarmaq məqsədilə İsveçdən yola çıxan "Azadlıq" adlı gəmini dayandırıb və Aşdod limanına aparıb

BAKI, 5 avqust — Sputnik. İsrail dəniz qüvvələri Qəzzaya tətbiq olunan embarqonu yarmaq məqsədilə İsveçdən yola çıxan "Azadlıq" adlı gəmini dayandırıb və Aşdod limanına aparıb.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, İsrail ordusundan verilən açıqlamada Qəzzaya tətbiq olunan mühasirəni qırmağı hədəfləyən bir gəmini dayandırdıqları bildirilib.

Dayandırılan gəminin beynəlxalq hüquqa uyğun şəkildə saxlanıldığı iddia edilən açıqlamada humanitar yardımları Aşdod limanı üzərindən Qəzzaya apara biləcəkləri deyilib. 

İsrailin Azərbaycandakı səfiri Dan Stav ölkənin şimal-qərb bölgəsinə səfər edib
© Photo : İsrailin Azərbaycandakı səfirliyinin mətbuat xidməti

Qeyd edək ki, gəmiylə əlaqə dünən axşamdan bəri kəsilmişdi. İsrail qüvvələrinin gəmiyə müdaxilə edəcəyindən narahatlıq duyulduğu da qeyd edilmişdi.

Qəzzaya tibbi ləvazimat daşıyan və İsveç bayrağı altında üzən gəmidə ikisi jurnalist olmaqla 5 ölkədən 12 nəfər olub.

İsrail keçən həftə Qəzzadakı mühasirəni qırmaq məqsədilə Norveçdən yola çıxan bir gəmiyə də müdaxilə etmişdi. Gəmidəki könüllülərdən isveçli aktivist Divana Levrini hadisədən 4 gün sonra ölkəsinə qayıdarkən həbsdə saxlanıldıqları zaman İsrail qüvvələrinin işgəncələrinə məruz qaldıqlarını söyləmişdi.

Əlaqədar

İsrail səfiri şimal-qərb bölgəsinə səfər edib
İsrail “Avroviziya”dan məhrum edilə bilər
Yaxın Şərq yenə qarışdı: İsrail Suriya qırıcısını vurdu
Türkiyə və İsrail arasında yeni qalmaqal yaşanır
Teqlər:
liman, tibbi ləvazımat, jurnalist, gəmi, Qəzzanın blokadası, İsrail dəniz qüvvələri, Divana Levrini, Norveç, İsveç, Qəzza, İsrail, Aşdod

Əsas mövzular