13:26 15 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
İranlı qadın, arxiv şəkli

Qonşuda kütləvi etirazlar başladı – VİDEO

© AP Photo / Ebrahim Noroozi
DÜNYA
Qısa URL
318 0 0

Daha əvvəl İran prezidenti Həsən Ruhani ölkədə iqtisadi problemlərin olduğunu etiraf edib

BAKI, 2 avqust — Sputnik. İranın Şiraz şəhərində təşkil olunan etiraz aksiyası hökumət tərəfindən qeyri-qanuni elan edilib və hüquq mühafizə orqanları aktiv işçilərinin saxlanılmasına başlayıb. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən etirazçılar Şirazın mərkəzində yerləşən Kərim xan –Zənd küçəsini bağlayıblar. Hüquq mühafizə orqanları kütləni ərazidən uzaqlaşdırmağa və avtomobillərin hərəkətini bərpa etməyə çağırıb.

Sosial şəbəkələrdə əraziyə onlarla polis əməkdaşının hadisə yerinə gəldiyini göstərən videolar paylaşılır.

Etirazlar İranın digər şəhərləri İsfahan, Məşhəd və Tehran yaxınlığında yerləşən Kərəcdə də keçirilir. İsfahanda hətta polis etirazçılara qarşı gözyaşardıcı qaz da tətbiq edib.

Qeyd edək ki, İran parlamenti ölkə prezidenti Həsən Ruhaniyə ölkədə iqtisadi problemlərin aradan qaldırılması üçün hökumətin gördüyü tədbirlərə dair hesabat verməsi üçün bir ay vaxt verib.

"Ümumilikdə 290 parlament üzvündən 92-i prezident Ruhanidən parlamentin suallarına cavab verməyi tələb edib. Məsələyə yenidən baxıldıqdan sonra onların sayı 80-ə enib", — deyə parlamentin spikeri Əli Laricani bildirib.

Laricani vurğulayıb ki, ölkə qanunvericiliyinə əsasən prezident sualları aldıqdan sonra bir ay müddətinə parlament qarşısında çıxış etməlidir.

Agentliyin məlumatına görə, parlament prezidentdən uzun illərdir davam edən iqtisadi tənəzzül, sanksiyaların artırılması və xarici valyutaya nisbətdə yerli valyutanın dəyərinin aşağı düşməsi, hökumətin ərzaq qiymətlərinə nəzarət edə bilməməsinə dair hesabat tələb edir.

Qeyd edək ki, daha əvvəl İran prezidenti Həsən Ruhani ölkədə iqtisadi problemlərin olduğunu etiraf edib.

Əlaqədar

Ekspert: “İran-ABŞ müharibəsinin olma ehtimalı çoxdur”
Sərhədi pozmaq istəyən silahlı İran vətəndaşları saxlanılıb
İran Rusiyadan on ədəd qırıcı alıb
İran iki hərbi gəmisini Azərbaycana göndərir

Əsas mövzular