13:25 15 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
Ermənistanın baş naziri Serj Sarqsyan

Serj Sarqsyan üçün də "əcəl zəngi" çalındı

© Foto: Ermənistan prezidentinin rəsmi internet səhifəsi
DÜNYA
Qısa URL
412 0 0

Sabiq prezident və sabiq baş nazir dindirilə bilər

BAKI, 2 avqust — Sputnik. Ermənistan Xüsusi İstintaq Komitəsinin sədri Sasun Xaçatryan bildirib ki, sabiq prezident Serj Sarqsyan, sabiq parlament sədri və sabiq baş nazir Ovik Abramyan istintaqa çağırılması barədə qərarı müstəntiq verir. Sputnik Ermənistan xəbər verir ki, bunu Xaçatryan jurnalistlərin 2008-ci ilin martında baş verən hadisələrlə əlaqədar keçirilən araşdırmalar çərçivəsində adı çəkilən şəxslərin sorğu-sual edilməsi barədə sualı cavablandırarkən deyib.

"Daha əvvəl yüksək postlarda olan şəxslərin dindirilməsi barədə qərarı müstəntiq verməlidir. Əgər istintaq zamanı bu və ya digər şəxslərin aparılan işlə əlaqədar istintaqa qiymətli məlumatlar verə biləcəyi aydınlaşsa, onda onların dindirilməsi barədə qərar qəbul ediləcək"- deyə Xaçatryan bildirib.

Ermənistanın Xüsusi İstintaq Komitəsi iyulun 26-da keçmiş prezident Robert Köçəryana qarşı ölkənin konstitusion quruluşunu dəyişmək ittihamını irəli sürüb. Köçəryan məhkəmə qərarı ilə iki aylığına həbs edilib. Keçmiş prezident ittihamların siyası xarakterli olduğunu bəyan edib.

Ondan əvvəl isə keçmiş müdafiə naziri Mikael Arutyunyan 2008-ci il 1 mart hadisələri ilə bağlı müqəssir qismində istintaqa cəlb olunub və barəsində axtarış elan olunub. KTMT baş katibi Yuri Xaçaturova da bu iş çərçivəsində ittiham irəli sürülüb. Xaçaturov zaminə buraxılıb.

Əlaqədar

Ermənistanın eks-prezidentinin silahdaşı: "Torpaqları Azərbaycana qaytarmaq lazımdır"
Ermənistan Rusiyanın ittihamlarına cavab verdi
Ukraynada erməni əsilli nazirə qarşı etiraz aksiyası keçirilir
Müdafiə nazirliyi Ermənistan rəhbərliyini ifşa etdi
Ermənistanda hərbçilər qəzaya düşdü: Ölən və yaralı var
Teqlər:
Robert Köçəryan, Ovik Abramyan, Serj Sarqsyan, prezident, Sasun Xaçatryan, Ermənistan Xüsusi İstintaq Komitəsi

Əsas mövzular