Ərdoğan əxlaqsız qonşusu barədə danışdı

© Photo : Cem Oksuz / Presidential Palace / Handout via REUTERSTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə prezidenti: "Əxlaqsız adam idi. Ədəbi yerində deyildi"

BAKI, 30 iyul — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilk dəfə Adnan Oktar və onun qrupuna qarşı həyata keçirilən əməliyyata münasibət bildirib. Sputnik Türkiyə-nin məlumatına görə, Ərdoğan Üsküdarda yaşadığı vaxtlarda Adnan Oktarla qonşu olduğunu xatırladıb.

"Şəxsən tanımıram. Əxlaqsız adam idi. Ədəbi yerində deyildi" — deyə prezident bildirib. 

Ərdoğan FETÖ və Oktar arasında oxşarlıqların olduğunu da deyib.

"Sizin ona təslim etdiyiniz uşaqları, gəncləri alır, onları öz istədikləri kimi yetişdirir, sonra sistemin içinə daxil edərək buraları ələ keçirmək əməliyyatları həyata keçirir" — deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, iyulun 11-də polis Türkiyədə "Adnan hoca" kimi tanınan fırıldaqçı din adamı Adnan Oktar və onun şəbəkəsinə qarşı əməliyyat keçirilib. Əməliyyat İstanbul başda olmaqla, Türkiyənin 5 vilayətində həyata keçirilib. 

Adnan Oktar Çengelköydəki evində saxlanılıb. Oktar və mühafizəçilərinin əməliyyat zamanı polisə müqavimət göstərdikləri bildirilir.

Adnan Oktar mütəşəkkil cinayətkar təşkilat qurmaq, siyasi və hərbi casusluq, inanc istismarı və kiçik uşaqlara təcavüzdə ittiham edilir.

Xəbər lenti
0